Şenbe, 21.12.2024, 20:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 45
    Qonaq: 45
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 19 » 11 SENTYABR FENOMENİ: MİNLƏRLƏ İNSAN İSLAMI QƏBUL EDİR
    16:17
    11 SENTYABR FENOMENİ: MİNLƏRLƏ İNSAN İSLAMI QƏBUL EDİR
     
     
     
     
     
     
     
    11 sentyabr hadisəsindən artıq iki il keçmişdi. Belə görünürdü ki, bu hadisənin nəticəsi olaraq dünya KİV-lərinin təsiri altında bütün planetin əhalisi müsəlmanlara və İslama qarşı nifrət etməliydilər.
        Hətta belə fikirləşmək olardı ki, 2001-ci ilin 11 sentyabrında baş verən bu hücum və dünya KİV-lərinin müvafiq təqdimatı sayəsində – faktiki olaraq müsəlmanları təqsirkar elan etmələrini nəzərə alsaq - İslam dininin adına zərər vurmuşdur. Lakin alınan nəticə isə... Bu hadisədən sonra insanlığa nifrət edəcək təbliğata baxmayaraq, insanların bir çoxunu müsəlmanların kim olduğunu və necə yaşadıqlarını anlamaq üçün İslamı öyrənməyə vadar etdi. Görəsən doğrudandamı onlar 11 sentyabr hadisəsində iştirak ediblər? Bu hadisə insanları İslam haqqında kitab almağa vadar etdi və nəticədə bir çox amerikalılar, britaniyalılar və dünyanın başqa millətlərinin nümayəndələri İslamı qəbul etdilər. 11 sentyabrdan sonra İslama olan böyük maraq yeni iman gətirənlərin sayını artırdı. İndi isə gəlin faktlara keçək:
      
     İslam dini ilə kütləvi maraq


        «The Observer»

        "İslama maraq hissi təyyarə qaçırdanların cinayətindən sonra artmışdır"

        Martin Brayt (1sentyabr 2002-ci il).

        "...Bir il qabaq müsəlmanlar ehtiyat edirdilər ki, Nyu-York və Vaşinqtonda təxminən 3000 insanın həyatına son qoymuş terror hadisəsindən sonra onların dininin nüfuzu korlanacaqdır. Lakin indi isə Böyük Britaniyadakı müsəlmanlar "11 sentyabr faktoruna", öz dinlərinə maraq artıran səbəb kimi baxırlar.

        İslam mağazaları və universitetlərindəki müqayisəvi dinşünaslıq kurslarında qeyri-müsəlmanların İslam dini və Muhəmməd (s) Peyğəmbərin həyatı haqqında daha çox məlumat toplamaqlarının şahidi ola bilərik.

        Müsəlmanların müqəddəs kitabı olan Quranın satışı bütün mövcud rekordları vurmuşdur. Quranın ingilis dilinə tərcüməsinin nəşri ilə məşqul olan tanınmış "Penguin" nümayəndələri 11 sentyabr hadisəsindən sonra üç ay ərzində bu kitaba olan təlabatın 15 dəfə artdığını qeydə almışlar. Bu artmış səviyyənin indiyə qədər yüksək olması müşayət edilir".  
     

        11 sentyabrdan sonra İslama gələnlərin sayı kütləvi artımı

        «The Times»

        "Allah mənim ürəyimin qapısını döydü."

        Qaylz Vayttell (7 yanvar 2002-ci il).

        "Paradoksal haldır, ancaq 11 sentyabrdan sonra İslama iman gətirənlərin sayının artmasına dair inandırıcı dəlillər vardır və bu nəinki Böyük Britaniyada baş verir, həmçinin Amerika və bütün Avropada da belədir. Danimarkanın İslam mərkəzlərindən biri yeni iman gətirənlərin sayının on dəfə artdığını söyləyir, irlandiyalı keçmişdə katolik olmuş xanımın rəhbərlik etdiyi Leyçesterdəki Yeni Müsəlman Layihəsi bəyan edir ki, İslama dininə mütəmadi insan axınının baş verir.

        Bu insanların İslama gəlişi daha çox heyrətləndirir. Onlar özləri üçün yeni olan bu dini digər dünya dinlərindən seçmişlər. Seçim azalığı olduğu halda çox zaman öz şəxsi mövhumatlarını və valideyinlərinin mövhumatlarını qət etməli olurdular. Onlar çox fəaldırlar, lakin bununla bərabər kifayət qədər dözümlüdülər. Onlar bizim kimidirlər, eyni zamanda hardasa bizim kimi deyillər. Onlar müsəlmandırlar. Onlar gündə beş dəfə namaz qılır və Ramazan ayında  oruc tuturlar və bu dünyadan getməmiş Məkkəni ziyarət etməyi ümid edirlər. Onlar mobil telefonlarda "Əssələmu-Əleykum" deyə cavab verirlər."  

        11 sentyabrdan sonra İslama fövqəladə gəliş

        «Californian North Country Times»

        Aqness Diqs, ştat müxbiri

        "2001-ci ildə beynəlxalq tədqiqatlar üzrə Şimali Karolina universitetinin professoru İhsan Baqbinin rəhbərlik etdiyi və Vaşinqtonda yerləşən Amerika və İslam Münasibətləri Şurasının keçirdiyi sorğunun nəticələrinə görə 20 000 amerikalı İslam dinini qəbul etmişdir və onların təxminən 7000-i qadındır. Bəzi din xadimləri isə bildirirlər ki, 11 sentyabr  hadisəsindən sonra  İslama iman gətirənlərin sayı dörd dəfə artmışdır."  
     
      Yaxın Şərq Elmi Tədqiqatlar İnstitutu və KİV


        Məqalədən bir hissə: "Amerika müsəlmanlarının liderləri: 11 sentyabr hadisəsindən sonra ABŞ-da İslama gələnlərin dalğası".

        "...34 000 amerikalı 11 sentyabr hadisəsindən sonra İslam dinini qəbul etmişdir və bu rəqəm İslam dininin Amerikada mövcud olduğu müddətdə ən yüksək rəqəmdir".  

        "İslam minlərlə insanı cəlb edir".

        «The New York Times»

        Codi Vilqoren

        "... Birləşmiş Ştatlarda İslam dini öz 6 milyonluq tərəfdarı ilə ölkədə ən çox artan din kimi hesab edilir. Buna səbəb müsəlman mühacirlərin sayının çox olması, müsəlman ailəsində doğumun yüksək səviyyəsi və bu dinə gələnlərin geniş yayılmasını göstərmək olar. Ekspertlərin birinin verdiyi qiymətə görə bir ildə ABŞ-da 25 000 nəfər İslam dinini qəbul edir, digər tərəfdən isə bəzi dini xadimlər iddia edirlər ki, 11 sentyabr hadisəsindən sonra bu rəqəm dörd dəfə artmışdır."  
     

        "Yeni müsəlmanlar"

        «National Post»

        Marina Cimenes

        "11 sentyabr hadisəsindən sonra həm Birləşmiş Ştatlarda həm də Avropada İslam dinini qəbul edənlərin artımı başlamışdır. Bir çox amerikalı və avropalı yeni imana gələnlər, Bostonun İslam Cəmiyyətinin təşkil etdiyi mədrəsələrə gələn müsəlmanları xatırladırlar. Onlar terorizmi dəstəkləmir və "Əl-Qaidəni" ittiham edirlər. Onlar yaxşı təhsil almış, fəal, çox vaxt keçmiş xristianlardırlar, ancaq onların arasında yəhudi və induslar da vardır. Bu ölkədə 6 milyon müsəlman vardır və onların 30%-dən çoxu məscidlərə gedirlər.

        Onların bəziləri buddizmi öyrənirmiş, bəziləri katolikliklə maraqlanırdı və bəziləri isə öz vaxtlarını kvakerlərlə keçirən insanlar olublar, lakin bu təcrübələrindən heç də razı qalmayıblar".

        

        Meri Key Rits,

        din üzrə icmalçı.

        "...Bəzi müsəlman dini xadimləri 11 sentyabr hadisəsindən sonra İslama iman gətirənlərin sayının dörd dəfə artdığını söyləyirlər və İslam haqqında tarix onu göstərir ki, bu din dünya dinləri səhifələrinin axırıncı bölməsindən bütün dünya üzrə əvvəlinci səhifəyə keçmişdir. Havay adalarının Müsəlman Assosiasiyasının Prezidenti Həkim Uansafi bildirir ki, 11 sentyabr hadisəsindən əvvəl İslama gələnlərin sayı bir ayda üç nəfər olurdu. 11 sentyabr hadisəsindən iki ay keçəndən sonra isə bu rəqəm 23 nəfər oldu. Qərb sahillərinin ən çox "yeni müsəlmanları" keçmiş xristianlardır. Onlardan biri hətta kosmetika satan qadındır. Onların çox hissəsi İslama nəzər salaraq gördüklərindən çox təəccüblənirlər, baxmayaraq ki, mətbuat dayanmadan müsəlman terroristlərindən bəhs edir. 11 sentyabr hadisəsinin nəticələrindən biri də insanlara onların həyatının qısa olduğunu yada salmaq olmuşdu."Əgər mən ölməliyəmsə, qoy müsəlman olaraq ölüm"- yeni imana gələnlərdən biri demişdir.  

        Bax işlər belə gedir. 11 sentyabr insanları İslama ciddi baxmağa məcbur etdi. O, bütün planetin insanlarını özünə cəlb etdi. Qaraları və ağları, varlıları və yoxsulları, amerikalıları, avropalıları, asiyalıları və afrikalıları. İslam insana həyatın mənasını dərk etməyə kömək edir. Bu din əmin-amanlıq hissi yaradır. O, sizin bütün suallarınıza cavab verir. Bax elə buna görə də İslam planetin tez artan dini sayılır. Ona görə əgər siz İslamdan çəkinirsinizsə, və ya fikirləşirsinizsə ki, bu din terrorist və ekstremistlərin dinidir, mən sizə İslamı öyrənməyi və  sizə tanış olan savadlı müsəlmanlarla ünsiyyət saxlamanızı təklif edirəm. Siz əmin olacaqsınız ki, İslam sizə əmin-amanlıq hissi bəxş edən sülh dinidir.

        MEHDİ ZÜLFÜQARLI




    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dünyada | Просмотров: 1301 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər