Главная » 2008 » Sentyabr » 20 » "KRİSTİ" AUKSİON EVİ İSLAM DÜNYASININ İNCƏSƏNƏT ƏSƏRLƏRİNİN SATIŞINI KEÇİRƏCƏKDİR
19:10 "KRİSTİ" AUKSİON EVİ İSLAM DÜNYASININ İNCƏSƏNƏT ƏSƏRLƏRİNİN SATIŞINI KEÇİRƏCƏKDİR |
İslam.ru xəbər verir ki, Londonda 7 oktyabr tarixində "Kristi" auksion evi İslam dünyasının və Hindistanın incəsənət əsərlərinin satışını keçirəcəkdir. Bu satışın əsas lotu 10-cu əsrdə Qahirədə Fatimilər xəlifələri üçün hazırlanmış mədən xrustalından olan ən nadir oymalı səhəngdir. Yeddi bütöv nümunədən bir olan və bizim zamana qədər çatmış bu səhənğin ilk qiyməti üç milyon funtdan yuxarıdır.
Ərəb qəzeti "Əl-Həyat" məlumat verir ki, satışın təşkilatçıları 10-cu əsrdə Qahirədə Fatimilərin xəlifələri üçün hazırlanmış bu səhəngin əldə edilməsi üçün alıcılar ən azı 5,5 milyon dollar verəcəklərini hesablamışlar. Bu cür əntiq əşyalar dünyada yeddidən çox deyil. Bu ilin əvvəlində London auksiyonunda buna oxşar bir səhəngin satışı keçirilmişdi, lakin həmən səhəng bir qədər sadə idi və təxminən 3 milyon dollar dəyərinə satıldı.
Orta əsr İslam mədəniyyətinin zənginliyini təmsil edən nümunələr arasında Qahirədə 10-cu və 11-ci əsrlərdə hakimiyyətdə olan Fatimilərin xəlifələri üçün mədən xrustalından hazırlanmış bu oymalı səhəng mühüm yer tutur.Auksiona həmçinin orta əsr İslam incəsənətinin görkəmli nümunələri də təqdim olunacaqdır. Bunların arasında qara ağacdan hazırlanmış, bürünclə bəzədilmiş və orta panel hissəsi fil sümüyündən olan oymalı qələmdan da daxildir. Bu əşya səhəng kimi Fatimilər xanədanlığı dövrünə aid edilir. Elə həmin dövrə aid edilən Əndəlusun paytaxtı Kordovadan olan iki kapitel (sütun başlığı) və sütunun özülü də daxildir.
Bu satışa çıxarılan digər şedevrlər arasında həmçinin bürüncdən hazırlanmış buxuru da var (ətirli maddə yandırmaq üçün gümüş və mislə işlənmiş cihazdır). Bu cihaz 1230-cu ildə Dəməşqdə Muhəmməd ibni Xutlux əl-Məvsili tərəfindən düzəldilmişdir. Bütün gözləntilərə görə bu əsər 1 milyon funt sterlinq məbləğində qiymətləndirilərək satılacaqdır. İslam dünyası incəsənətinin bir qədər gec dövrlərinin əsərləri də auksiona təqdim ediləcəkdir. Onların içində mərhum Cəfər Qazi kitabxanasının fars və türk ustaları tərəfindən hazırlanmış nadir manuskriptləri və kalliqrafik işlərin kolleksiyası da vardır. Burada toplanan əsərlər əvvəllər şahların, sultan və əmirlərin məcmuları arasında saraylarda yerləşirdi. Bu hərraca çıxarılan müxtəlif coğrafi əraziləri və tarixi əhatə edən incəsən əsərlərinin ümumi dəyəri 11 milyon funt sterlinq təşkil edir.
|
Категория: MƏDƏNİYYƏT |
Просмотров: 1496 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|