Şenbe, 21.12.2024, 19:40
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 19
    Qonaq: 19
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 22 » 478 KARAT ÇƏKİSİNDƏ ALMAZ TAPILDI
    22:40
    478 KARAT ÇƏKİSİNDƏ ALMAZ TAPILDI
     
     
     
     
     
     
     
    Dünyanın ən iri brilyantlarından biri hazırlanacaq

    Afrikadakı Lesoto krallığında çəkisi 478 karata çatan almaz tapılıb. “Reuters” agentliyinin verdiyi məlumata görə, bu almaz indiyə qədər bütün dünyada tapılan almazlar arasında öz çəkisinə görə 20-ci yeri tutur. Almazı Letsen şaxtasında qazıntı aparan Londonun “Gem Diamonds” şirkəti aşkar edib.

    Şirkətin rəhbəri Klifford Elfik bildirib ki, almazın çox uğurlu formada olması onun cilalanmadan sonra dünyanın ən böyük brilyantlarından birinə çevrilməsinə imkan verəcək. Bu zaman almazın rənginin keyfiyyəti və şəffaflıq dərəcəsi də çox yüksəkdir. İlkin hesablamalar bu almazdan ən azı 100 və hətta 150 karatlıq brilyant alınacağını göstərir.

    Qeyd edək ki, britaniyalı müstəmləkəçilərin Hindistanda ələ keçirdikləri və hazırda Böyük Britaniya kraliçasının tacını bəzəyən məşhur “Kox-i-Nur” almazı 105 karatdır. Ən böyük brilyant isə CAR-da tapılan və cilalanmış şəkildə 530 karat çəkiyə bərabər olan “Kullinan” sayılır.
    LENT.AZ



    Категория: MARAQLI HADİSƏLƏR | Просмотров: 1593 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər