Главная » 2008 » Sentyabr » 27 » SİONİST FİLM İSTEHSALÇISI İSLAMA QARŞI MÜHARİBƏ ELAN EDİB
19:03 SİONİST FİLM İSTEHSALÇISI İSLAMA QARŞI MÜHARİBƏ ELAN EDİB |
ABŞ-da əslən yəhudi olan film istehsalçısı İslama qarşı qara piara başlayıb.ABŞ-ın yəhudi əsilli film istehsalçısı haham Rafael Şor İslamı təhqir edən film istehsal edərək, bu filmin yayılması üçün bütün gücünü səfərbər edib.”Qarabasma” adlı filmi istehsal edən R. Şor “radikal İslamın” Qərbə müharibə elan etdiyini iddia edib.ABŞ-da prezident seçkilərinin qızışdığı bir vaxtda bazara çıxarılan film 70-ə yaxın qəzetdə reklam edilib və milyonlarla amerikalı ailəyə paylanılıb.
Bir sıra siyasi analitikə görə, sözügedən kampaniya müsəlman olduğu iddia edilən Barak Obamanın rəqibi Con Mak Keyn tərəfindən də dəstəklənir.Qeyd edək ki, filmin digər adı “Radikal İslamın Qərb əleyhinə mübarizəsi”dir. Diskin qapaqlarında isə bir sıra iddialar və mesajlar öz əksini tapıb.
“Bu gün ən mühüm problem radikal İslam təhlükəsidir. Ancaq nə prezidentliyini irəli sürən şəxslər, nə də mətbuat bu barədə açıq şəkildə danışır. Radikal İslamla mübarizəyə hansı yollarla kömək edə bilərsən? Bu filmi al və radikal İslamın məqsədləri haqqında əsl həqiqəti öyrən. Filmi ailə üzvlərinizə və dostlarınıza da göstərin. Bu problemə laqeyd münasibət bəsləməyin. www.clarionfund.org internet ünvanına daxil olun və bizə maddi yardım göstərin. Köməyinizi əsirgəməyin” – deyə filmin reklam çarxlarında qeyd olunub. /Azerimuslims/
|
Категория: Dünyada |
Просмотров: 1120 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|