Ölkədə ali səlahiyyətli qanunverici hakimiyyət orqanı olan xalq-maslahatı ləğv edən yeni konstitusiya qəbul olunub.
Ölkədə çoxpartiyalı prinsip elan olunub və artıq bütün qanunverici hakimiyyət parlamentə məxsusdur.
Konstitusiyaya düzəliş edilməsi haqqında qərarı ali səlahiyyətli və qanunverici orqan olmuş xalq-maslahat (xalq şurası) qəbul etmişdir. Bu qərar xalq şurasının son qərarı olmuş və bununlada şuranın buraxıldığı bildirilmişdir.
İclas Aşxabaddakı “Ruhiyət” sarayında keçirilmişdir. Xalq-maslahat 2507 nəfərdən ibarət olmuş və onların hər biri şəxsən keçmiş diktator Saparmurat Niyazov tərəfindən təyin edilmişdir. Xalq-maslahatın səlahiyyətlərinə Türkmənistan konstitusiyasının, konstitusyon qanunların qəbul olunması, onlara düzəliş və əlavələrin edilməsi, ümumxalq referendumunun keçirilmə məsələlərinin qərarlaşdırılması, Türkmənistan prezidentinin və məclis deputatlarının seçkilərinin təyin edilməsi, ölkə sərhədlərinin dəyişdirilməsi və Türkmənistanın inzibati bölgüsü məsələləri aid idi. Yeni qərarla bu səlahiyyətlər parlament və prezident arasında bölünüb. Məclis deputatlarının sayının 50 nəfərdən 125-ə çatdırılıb və onlar beş il müddətinə ərazinin bütün əyalətlərindən seçiciləcək. Türkmənistan seçkilər haqqında qanunun əsasında siyasi partiyalara, ictimai birliklərə və vətəndaş qruplarına namizəd irəli sürmək imkanı verilib. Parlament qanunlar qəbul edir, konstitusiya və qanunlara dəyişiklik edir, dövlət büdcəsi və onun istifadə olunması hesabatını təsdiqləyir, ölkə prezidentinin və məclis deputatlarının seşkilərini təyin edir, beynəlxalq razılaşmaları təsdiq və ya rədd edir, sülh, təhlükəsizlik və digər məsələlərə baxır.
Parlament prezidentin xəstə olduğu halda onu vəzifədən kənarlaşdırılması qərarını qəbul edir. Belə bir qərar o zaman qüvvəyə minir ki, bu, müstəqil tibbi komissiya tərəfindən təsdiqlənsin və məclisin müəyyən olunmuş üç üzvü bunun lehinə olsun. Məclis eyni zamanda nazirlər kabinetinin üzvlərindən bu və ya digər səbəblər üzündən hakimiyyətdən uzaqlaşdırılan prezidentin müvəqqəti səlahiyyətlərini kimin həyata keçirəcəyini müəyyən edir.
Prezidentə aid dəyişiklikdən biri: artıq əvvəlki kimi Türkmənistan prezidentliyinə yalnız türkmən seçilmir. Əvvəlki senzura yalnız oturaq həyatla əlaqəli qoyulub. Belə ki, ölkənin ən ali vəzifəsinə yalnız ölkə daxilində son 15 il ərzində yaşamış şəxs seçilə bilər. Ölkə rəhbəri bilavasitə xalq tərəfindən beş il müddətinə seçilir və and içmədən dərhal sonra vəzivəsinin icrasına başlayır.
Konstitusiyanın dəyişidirilməsi qərarı bu ilin aprel ayında prezident Kurbanqulu Berdımuhammedov tərəfindən qəbul olunmuşdur. Saparmurat Niyazovdan sonra ölkəni idarə etməyə başlayan yeni dövlət başçısı Türkmənistanın demokratik bir dövlətə çevirmək istiqamətində bir xətt tutmuşdur.
Yazda o, ölkənin bütün həyat və dövlət sahələrini əhatə edəcək dərin islahatlar başladığını bildirmişdir. Ölkənin əsas qanunlarının formalaşdırılması parlamentə tapşırılmışdır.
Türkmənistan bu günədək 18 may 1992-ci ildə qəbul olunmuş konstitusiyadan istifadə edib. 2003-cü ildə konstitusiyaya düzəliş edilmiş və bununla da xalq-maslahat hakimiyyətin dördüncü budağına çevrilmişdir. Belə bir orqanın yaradılmasını Niyazov ona edilən sui-qəsddən sonra qərarlaşdırmışdır. Türkmənbaşı düşünürdü ki, onun siyasi rəqiblərinə şuranın 2500 nəfərlik üzvi ilə müqayisədə 50 nəfərlik parlament ilə bacarmaq daha rahat olacaq.
MDB-də siyasi proseslərin araşdırılması mərkəzinin rəhbəri Aleksey Vlasovun fikrincə, xalq-maslahatın ləğv edilməsindən sonrakı addım prezident, parlament və hakimiyyətin qarşılıqlı əlaqələrinin yaradılması olacaq. “Bu, hələ siyasi islahatların əvvəlidir”, - deyə o, Qazeta.ru portalına müsahibəsində bildirmişdir. Daha bir addım bir sıra hakimiyyət yönümlü partiyanın yaradılması ola bilər, belə ki, Türkmənistanda çoxpartiyalılıq prinsipi elan olunub.
“Lakin, konstitusiyaya düzəlişin dərhal öz şəklini alacağını gözləməyə dəyməz. İndi artıq görünür ki, Türkmənistan Orta Asiya dövlətlərinin siyasi xətti ilə gedir. Onların hər birində parlament mövcuddur, belə ki, hamısında real hakimiyyət prezidentə məxsusdur. İstisnavi olaraq Qırğızıstanı göstərmək olar. Lakin, Berdumuhammedov artıq Avropa ölkələrinin siyasətinə istiqamət alıb”, - deyə ekspert Vlasov bildirb.
|