"BÜYÜKFIRAT" RESTORANININ SAHİBİ İLƏ MÜSAHİBƏ - 3 Октября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 14:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Oktyabr » 3 » "BÜYÜKFIRAT" RESTORANININ SAHİBİ İLƏ MÜSAHİBƏ
    17:10
    "BÜYÜKFIRAT" RESTORANININ SAHİBİ İLƏ MÜSAHİBƏ
     
     
     
     
     
    Dünyada bir çox yeməkxanalar və restaranlar fəaliyyət göstərir. Onlardan İslam qaydalarına əməl edənlər isə elədə çox deyil. Müsəlman ölkələrində bu qayda qanuna qismən də olsa bizim ölkəmizdə təəsüflər olsunki, belə restoran və yeməkxanaların sayı çox azdır. Bu restoran və yeməkxanaların bəziləri halal yeməklər versədə mübarək Ramazan ayında günortalarda işləyirlər. Bu restoranlardan çox az bir qismi vardırki, onlar iftardan sonra işləyir. Bu cür restoranlardan belə demək olarsa ilk fəaliyyət göstərəni "Büyükfırat" restoranıdır.

    Buna görə İslam-Azerinin xüsusi müxbiri Büyükfırat şirkətinin rəhbəri Türkiyəli iş adamı Hüseyn Büyükfıratdan müsahibə alıb.

    1-Hüseyn Büyükfırata ilk sualımız belə oldu: Hüseyn bəy bizdə olan məlumatlara görə, siz 12 ildir mübarək Ramazan ayında günorta vaxtlarında restoranlarınızı bağlayırsız. Bu addıma sizi vadar edən nədir?

    -"Peyğəmbər (s) buyurur: Axır əz Zəmanda sünnətə etina edilməyəcək. Sünnəti 1 cür əhjya edənə çox böyük savablar vəd edilir. Buna görədə biz tam əqidə üzündən bu cür işləməyi üstün sayırıq." Mən Urfalıyam. Mübarək Ramazan ayında bizim yeniyetmə vaxtlarında Urfada çox nadir hallarda açıq restoran, kafe tapardıq.

    2-Bizdə olan məlumatlara görə siz xeyriyyə işləridə görürsünüz, bu haqda nə deyə bilərdiniz?

    -Yaxşı əməllərin gizli saxlamağın savabı daha çoxdur. Lakin mən ancaq bunları deyə bilərəm: Bizim iş yerlərində işləyənlər günortanı işləmirlər lakin biz bu ayın mübarəkliyinə görə onların maaşlarını tam olaraq ödəyirik. Bundan başqa onların yeməkliklərinidə bu aydan sonra veririk. Fəqir-füqərayada bütün aylarda çalışırıq köməkli edək.

    3-Bizdə olan məlumata görə sizin kimi 1 neçə lahmacun işlədənlərdə mübarək Ramazan ayında günorta vaxtı işləməmk qərarını vermiş lakin 5-6 gün sonra kafeni açmışlar. Bu haqda nə deyə bilərsiz?

    -Bəli 1-2 tacir bizim kimi addım atmaq istədilər,lakin hər kəsdə nəfs var və deyirkli gündəlik müəyyən miqdarda pul itirirsən, bu şəxslərdə pulu itirməməkdən ötrü günorta vaxtı yenidən işləməyə başlamışlar-deyərdim.

    4-Büyükfıratın gələcək planları haqqında nə deyə bilərsiz?

    -Lahmacunu Azərbaycana (şükürlər olsunki) gətirən bizik və bu cür lahmacun yerlər çoxdur. Lakin Bakıda yeni Büyükfırat restoranları açmaqla yanaşı Gəncədə, Lənəranda və digər şəhərlərdə öz filiallarımızı açmaq istəyirik.

    5-Büyükfıratın mənası nədir?

    -Mənim doğulduğum kənd Fırat çayının sahillərində yerləşir. Bu çay bizə o dərəcədə əzizdir ki, bizim uşaqlığımız burada keçmişdir.

    6-Siz digər həmkarlarınıza nə məsləhət verərdiniz?

    -Mən həmkarım olan qardaşlara ədalətli olmağı halal-harama diqqət etməyi arzu edirəm. Onlardan həmçinin hiylə etməkdən uzaq olmağı Allahdan diləyirəm. Bəziləri var ki donmuş ətlərdən istifadə edirki, bunlarında halal olması məlum deyil. Təsəvvür edin əgər mən donmuş ətlərdən istifadə etsəm aya 30-40 min dollar əlavə xeyir götürərəm. Ancaq şükürlər olsunki Allah məni bu cür işlərdən uzaq edib.

    İslam-Azeri.az
    Категория: Müsahibe | Просмотров: 1174 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər