Şenbe, 20.04.2024, 11:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    DUALAR-Ehd duası

    Əhd duası

    İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey tövratı, incili və zəburu nazil Edən, ey sərin gölgəliyin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Quranı nazil edən, ey müqərrəb mələklərin, mürsəllərin və peyğəmbərin Rəbbi, ilahi, Səndən istəyirəm və səni and verirəm Öz kəramətli vəchinə.

    Öz nurlu vəchinin nuruna, əzəli mülkünə ey Həyy, ey Qəyyum, Səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işıqlanmışdır. And verirəm o adına ki, onun səbəbi ilə əvvəlkilər və axırdakılar islah olar. Ey hər bir diridən öncə diri olan, ey hər bir diridən sonra diri qalan ey heç bir diri olmayan vaxt diri olan, ey ölüləri dirildən, ey diriləri öldürən, ey diri, ey o kəs ki, səndən başqa bir məbud yoxdur. İlahi, mövlamıza, bizi hidayət edən, özü də hidayət olunmuş, Sənin əmrinlə bərqərar olması üçün qiyam edən imama Sənin salavatın olan və onun məsum ata-babalarına.

    Yer üzünün bütün mömin kişi və qadınlar tərəfindən yer üzünün şərq və qərbində səhra və dağlarda, quruda və dənizdə (olan bütün mömin kişi və qadınların tərəfindən salamgöndər, ona mənim və ata-anamın, tərəfindən, Allah ərşinin vəzni, Allah kəlmələrinin qədəri, elminin saydığı kitabının əhatə etdiyi qədər salavat göndər. İlahi, mən bu günün sübhündə yaşadığım günlərdə, onunla bağladığım əhdi, boynumda olan beyətimi təzələyirəm və o beyətdən heç vaxt əl çəkmərəm. İlahi, məni o həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən ona lazım olan köməkləri etməkdə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver. İlahi əgər ölüm hökmü mənimlə o həzrətin arasına ayrılıq salsa, o ölüm ki, bəndələrin üçün hətmi və labüd qərar vermisən, məni kəfənimi geymiş, qılıncımı siyirib nizəmi əlimə almış, kənddə və şəhərlərdə dəvət edən carçının dəvətinə ləbbeyk deyən halda qəbrimdən çıxart. İlahi, rəşid sima haqq və düz yol hidayət edən nuru, bəyənilmiş gözəl alnı mənə göstər, ona nəzər etməklə gözümə şəfa ver onun fərəcini sürətləndir, zühurunu asanlaşdır yolunu genişləndir, məni onun yolu ilə apar əmrini nüfuzlu et, arxasını möhkəmləndir.

    İlahi, onun səbəbi ilə ölkələrini abadlaşdırıb bəndələrini dirilt, çünki sən buyurmusan və sözün də haqqdır. Fəsad quruda və dəryada, camaatın qazandıqları pis əməllərə görə zahir oldu. Belə isə İlahi bizim üçün öz vəlini sənin rəsulunun adı ilə eyni adda olan rəsulunun qızının oğlunun zahir et ki, batildən bir şey qalmasın və həzrət onu tar-mar etsin, haqqı bərqərar edib möhkəmlətsin. İlahi onun məzlum, bəndələrin üçün sığınacaq və səndən başqa bir köməkçi olmayanlara köməkç, «Və kitabının icra olunmayan qanunlarını yeniləşdirən, Sənin dinində və Rəsulunun sünnələrindən gəlib çatan hökmlər dirçəldən qərar ver.»

    İlahi, onu zalımların törədə biləcəyi təhlükələrdən amanda saxla. İlahi, onun görməklə Peyğəmbərin Muhəmmədi və onun dəvətinə tabe olanları sevindir. Ondan sonra bizim çarəsizliyimizə rəhm et. İlahi, onun zühur edib hazır olması ilə bu ümmətin çətinlik və giriftarçılıqlarını aradan qaldır və onun zühurunu bizim üçün tezləşdir. Həqiqətən onlar bunu (həzrətin zühurunu) uzaq, biz isə yaxın görürük. Səni and verirəm öz rəhmətinə ey rəhm edənlərin ən rəhmlisi.

    Axtar
    Təqvim
    «  Aprel 2024  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər