Şenbe, 20.04.2024, 13:52
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 29 » Allahşükür Paşazadenin Türkiye seferi başa çatıb
    21:38
    Allahşükür Paşazadenin Türkiye seferi başa çatıb
    nullTDİ ilə QMİ arasındakı əməkdaşlıq məsələləri və gələcəkdə keçiriləcək birgə konfranslar müzakirə olunub

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə Türkiyə Diyanət işləri (TDİ) başkanı Əli Bardakoğlunun dəvəti ilə fevralın 25-dən 28-dək bu ölkədə səfərdə olub. Səfərdə Şeyxulislamı QMİ elmi dini şurasının sədri Vasim Məmmədəliyev və Allahşükür Paşazadənin birinci müavini Salman Musayev müşayiət edib. A. Paşazadə səfər zamanı Türkiyənin prezidenti Abdullah Gül, baş nazir Tayyib Ərdoğan, TDİ sədri Əli Bardakoğlu, bəzi nazirlər və dövlət adamları ilə görüşüb.

    Görüşlərdə iki ölkə arasındakı münasibətlərin inkişafında din xadimlərinin rolu, qardaş dövlətlərin bir-birlərinə qarşılıqlı yardım və dəstək göstərməsi, TDİ ilə QMİ arasındakı əməkdaşlıq məsələləri və gələcəkdə keçiriləcək birgə konfranslar müzakirə olunub, həmçinin erməni və PKK terroruna qarşı mübarizədə din xadimlərinin daha fəal olmalarının zəruriliyi vurğulanıb.

    Bundan sonra Şeyxulislam Türkiyə Standartları İnstitutunun (TSE) təşkil etdiyi Xocalı faciəsinin 16-cı ildönümü tədbirlərində iştirak edib. A. Paşazadə “Heydər Əliyev fondu”nun Çingiz Mustafayevin kadrları əsasında hazırladığı Xocalı soyqırımı filmini yüksək qiymətləndirib və bu filmin tədbirdə iştirak edən hər kəsi ağlatdığını bildirib. Tədbirdə çıxış edən Şeyxulislam, prezidentlər İlham Əliyev, Abdullah Gül və baş nazir Tayyib Ərdoğanın qardaşlıq münaqsibətlərinin ermənilərə layiqli cavab vermək imkanı yaratdığını bildirib.

    Səfər zamanı Allahşükür Paşazadənin şeyxulislamlıq faluiyyətlərini əks etdirən, Türkiyədə nəşrolunmuş iri həcmli, çoxsayılı fotoillüstrasiyaları olan albom-kitabın ilk nüsxələri təqdim olunub. Kitab Azərbaycan, Rus və ingilis dillərində hazırlanıb.
    /ANS PRESS/


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1187 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər