Şenbe, 21.12.2024, 20:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 44
    Qonaq: 44
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 24 » Sionist Rejim Qolda Meir ilə başladı Tzipi Livni İlə bitir(köşə yazısı)
    19:44
    Sionist Rejim Qolda Meir ilə başladı Tzipi Livni İlə bitir(köşə yazısı)
     
     
     
     
     
     
     
     
    Sionist Rejim Qolda Meir ilə başladı Tzipi Livni İlə bitir

    Keçən həftə sionist rejim partiyalarından hökumətdəki Kadimada edilən seçkilərdə Şaul Mofaz qarşısında qazanan Tzipi Livni, sionist rejimin qaranlıq tarixindəki bir gerçəyi xatırlatdı bizə.


    60 ildir Fələstin İslam torpaqlarını işğal edən sionist rejimin quruluşunda aktiv rol alan, İsrail hökumətlərində əvvəl xarici işlər naziri olub daha sonra da baş nazirlik edən "Qolda Meir" adlı bir qadın vardı. Daha kiçik yaşlarda sionist hərəkat içinə qatılan Meir, Sionist rejimin quruluşunu elan edən 24 adamdan biriydi.

    Sionist rejimin ilk baş nazirlərindən David Ben Qerion hökuməti dövründə 1956-cı ildə əvvəl xarici işlər naziri oldu, 1969-cu ildə isə baş nazir.

    Qolda Meir dövrü 1967-ci il ərəb-İsrail döyüşü dövrü idi; sionist İsrail rejimi "6 gün döyüşləri"ndə Ərəb dövlətlərini məğlubiyyətə uğratmış, Sina, Qolan, Qüds, Qəzza və Qərbi Şəriyəni işğal etmişdi. Bu dövr İsrail üçün "zəfərlər dövrü" olaraq qəbul edilirdi; "Böyük İsrail" proyekti addım-addım reallaşdırılırdı. Başqa sözlə Ben Qerion və Qolda Meirlər sionist rejimin unudulmaz adları olmuşdu...

    Qolda Meirin İslam dünyasına istiqamətli meydan oxumaları, məğrur və təkəbbürlü ifadələri eyni zamanda xərçəng şişi olan bu sionist rejimin xarakterini də ortaya qoyurdu.

    "Müsəlmanlar, döyüşə girə bilər və itirə bilər, sonra təkrar geri gələr yenə döyüşərlər. Ancaq İsrail ancaq bir dəfə itirər. Fələstinlilər deyə bir şey yox. Nə vaxt Fələstin xalqı ilə müstəqil bir Fələstin dövləti oldu ki? Sanki özünü Fələstin dövləti olaraq təyin edən bir dövlət vardı. Sanki biz gəldik də onları ölkələrindən çıxarıb atdıq. Fələstinlilər deyə bir şey olmadı! Ərəblər Yəhudilərə qarşı olan kinlərindən daha çox uşaqlarını sevdikləri zaman bizimlə döyüşməyi dayandıracaqlar. Bir zaman bəlkə Ərəbləri bizim uşaqlarımızı öldürdüklərindən ötəri bağışlayacağıq" deyən Qolda Meir bir tərəfdən Fələstinlilərin varlığını inkar edərkən digər tərəfdən Ərəbləri bağışlayıb bağışlamayacaqlarını söyləyirdi...

    Özlərindən bu cür əmin və həyasız bir rəftar içində olan sionist İsrail rejimi özünü Orta şərqin məğlub olmaz super gücü olaraq görür, artıq heç bir gücün qarşılarına çıxa bilməyəcəyini düşünürdülər…

    1982ci ilə gəldiyində 1969-da zəfərlər qazanan İsrail ordusu, Livan torpaqlarında "Hizbullah Müqaviməti" qarşısında ağır məğlubiyyətlərə uğramağa başlamış, 2000-ci ilin May ayında isə, Livandakı Emil Lahud ordusunu üzü üstə qoyaraq dovşanlar kimi Cənubi Livan torpaqlarından qaçmaq məcburiyyətində qalmışdı.

    Sionist rejimin xarici işlər nazirliyi və baş nazirliyini edən Qolda Meir, "Fələstinlilər deyə bir şey yox" deyərkən, 1987-ci ilin dekabr ayında işğal altındakı Fələstin torpaqlarında yox qəbul edilən Fələstinli gənclərin İNTİFADA vulkanı Sionist rejimin təşkilatının nizamını silkələməyə başladı. Necə olurdu ki, tarixin ən əzəmətli və dastanı bir müqaviməti "olmayan" bəziləri tərəfindən yazılırdı; necə olurdu ki, varlığı qəbul edilməyən Fələstinlilər İsrailin tabutuna mismar çaxırdı..?

    1967-ci ildə Sionistlər tərəfindən işğal edilən Qəzza 2005-ci ildə "olmayan" bəziləri tərəfindən azadlaşdırılır, daha sonra sionistlərin öz təyin etməsilə "Hamasistan" olurdu. Fələstin İslami müqavimət Hərəkəti Həmasın "Əl-Qəssam" mərmiləri ardıcıl olaraq sionist işğalçıların başına yağmağa başladığında, bu dəfə "var olmayan" bu kəslərin adı "Fələstinli terroristləri" şəklində qoyulurdu. Demək Fələstinlilər vardı, amma bu Fələstinlilər Sionist işğala boyun əymədikləri və vətənlərini azadlaşdırmanın mübarizəsini verdikləri üçün "terrorist" olurdu...

    2006-cı ilin İyuluna gəldiyində sionist İsrail rejimi Livan İslami müqaviməti qarşısında elə ağır bir zərbəyə məruz qalırdı ki; artıq sionist rejim baş naziri Ehud Olmert: "Böyük İsrail ideologiyası sona gəldi" kimi fikirləri deməyə məcbur olurdu. Qolda Meir, "İsrail bir dəfə məğlub olar" deyərkən, görəsən "İsraili ancaq bir dəfə məğlub edə bilərsiniz amma bir daha əsla məğlub edə bilməzsiniz" -mi deyirdi, yoxsa "İsrail bir dəfə məğlub oldumu artıq ayaqda dayanması mümkün olmaz"- mı demək istəyirdi, bunu bilə bilməzsək də, bu məğlub olmaz sanılan sionist rejimin Livan və Fələstin İslami müqavimətləri qarşısında bir çox dəfə məğlub olduğunu bilirik.

    Bu sionist rejim Qolda Meirlərlə başladı, indi də Livni ilə davam edir (demək olarsa). Livni də eyni Qolda Meir kimi xarici işlər nazirliyindən Baş nazirliyə keçmiş idi; yəni sionist rejim tarixində iki qadın idarəçi, biri bu rejimin başını, digəri sonunu göstərir. Livni nə edə biləcək ki? Sələfləri Barak, Şaron və Olmert məğlubiyyətindən sonra sionist rejimə böyük bir məğlubiyyət daha yaşadıb bu qəsbkar rejimin sonunun fişənginimi odlayacaq?

    Qeybi bilmə vəziyyətində deyilik amma, Qüds Günü səbəbi ilə yazdığımız bu yazıda dua və niyazlarımızı Rəbbimizə təqdim edərək, Qolda Meir ilə başlayan bu sionist rejimin Livni ilə sona çatdığı günləri bizlərə yaşatmasını diləyirik; inşaallah bu günlərə şahid olacaq, İslam Ümməti olaraq azad Qüdsdə görüşüb zəfər mahnılarımızı birlikdə oxuyacağıq...

    Əllərimiz Qüdsə indi çox daha yaxın, ürəklərimizdəki Qüds atəşi isə çox daha yandırıcıdır. Bu duyğu və həyəcanla girdik yeni Qüds Gününə. Şeyx Əhməd Yasinlərin, Şikakilərin, Rantisilərin və on minlərcə Fələstinli şəhid və qazinin İslam Ümmətinə bir lütfü olan "Fələstinin azadlıq məşəli" indi daha şiddətli yanır: bu məşəl yalnız Fələstini deyil, bütün yer üzünü işıqlandırıb izzət və şərəfin işıqlarını saçır. Bu Qüds Günündə; belə bir bərəkətli günü dünya müsəlmanlarına qazandıran Rəhmətlik İmam Xomeynini, Fələstin və Livandakı bütün əziz şəhidlərimizi rəhmət, minnət və həsrətlə xatırlayarkən, şəhidlərimizin mirasına və Qüds iddiasına olan bağlılıq əhdimizi təzələyir, Fələstin xalqının qanuni hökumətini, Baş nazir İsmayıl Həniyəni salamlayırıq.

    İşğal, qırğın, mühasirə, xəyanət və embarqolara baxmayaraq müqavimətdən vaz keçməyən, zillət və əsarətə boyun əyməyən qəhrəman Fələstin xalqına, Fələstin İslami müqavimətinin bütün liderlərinə və mücahidlərinə salam olsun.

    Gələn ildəki Qüds Günümüzün, Azad Qüdsün şəfəqlərində olması arzusu ilə sizlə vidalaşıram.

    Nürəddin Şirin

    Tərcümə İslam-Azeri-yə məxsusdur
    Категория: ANALİZ | Просмотров: 1466 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər