Türkiyənin hakim partiyası olan AKP-nin Balıkesir millət vəkili Turhan Çömez sensasion açıqlama ilə çıxış edib. APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən yaydığı məlumata görə, Turhan Çömez İstanbulun Bahçelievler Kimsəsiz Uşaq Evində qalan qız uşaqlarının fahişəliyə sürükləndiyini iddia edib.
O, bu faktı təsadüfən aşkara çıxardığını bildirib: “Bahçelievler Kimsəsiz Uşaq Evinə bir gecə basqın yapdım. Əslində oraya gediş məqsədim bir kilsə ilə bağlı idi. O gecə 33 qızımızın orda olmadığını gördüm. Qızların mafiya tərəfindən fahişəliyə vadar edildiyini təsbit etdim. Bununla bağlı bir raport hazırlayaraq baş nazir Ərdoğana göndərdim. Ərdoğan da məsələnin araşdırılması üçün dövlət naziri Nemət Çubukçuya göstəriş verdi. Məsələnin üstünə gediləcəyini gözlədiyim halda, məni uşaq evinə buraxan iki müəllimin iş yerinin daha ucqar bir yerə dəyişdirildiyini öyrəndim. Ona görə də baş nazir Ərdoğana daha bir raport hazırlayıram. Baş nazirdən araşdırma aparmasını istəyəcək, sonucu da təqib edəcəyəm”.
Bahçelievler Kimsəsiz Uşaq Evində baş verənlərlə bağlı əlində ciddi sənədlər olduğunu vurğulayan T.Çömez onları da Ərdoğana təqdim edəcəyini söyləyib: “Olayın üzərinə getməzsək, cocuqlara haqsızlıq etmiş oluruq. Hamımız bu acını ürəklərimizdə hiss etməliyik. Orada bir dram yaşanır”.
APA