Çerşenbe axşamı, 03.12.2024, 22:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » MƏSCİDLƏRİN HƏYƏTİNDƏ NAMAZA QOYULAN QADAĞA ETİRAZLA QARŞILANDI
    18:41
    MƏSCİDLƏRİN HƏYƏTİNDƏ NAMAZA QOYULAN QADAĞA ETİRAZLA QARŞILANDI
     
     
     
     
     
     
    Hacı İlqar İbrahimoğlu: “Yanlış qərarlar mənfi nəticələrə gətirib çıxara bilər”
    Xəbər verildiyi kimi, daxili işlər nazirinin müavini Oruc Zalov televiziya vasitəsilə çıxış edərək bütün məscidlərin həyətində namaz qılınmasına qadağa qoyulduğunu bildirib. O, nazirliyin bu qərarını Şəhidlər Xiyabanının insanların istirahət məkanı olması və məsciddən kənarda namaz qılmağın insanların istirahətinə maneçilik yaratması ilə əsaslandırıb.

    Qeyd edək ki, bir çox müsəlman ölkələrində tək məsciddə yox, ondan gənarda, hətta yol kənarında da namaz qılınır. Nazirliyin verdiyi qərar isə ictimaiyyət tərəfindən kəskin qarşılanıb. Xüsusən də Ramazan ayında ortaya çıxa bu qərarın hansı xarakter daşıdığına və məsələnin nə ilə nəticələnə biləcəyinə aydınlıq gətirmək məqsədilə Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğluya və Müsavat deputat qrupunun üzvü Pənah Hüseynə müraciət etdik.  Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, bu cür qərarlar verilərkən hakimiyyət nümayəndələri mütləq bu sahənin ekspertləri, icma rəhbərləri və vətəndaş cəmiyyətinin iştirakı ilə geniş müzakirələr aparmalıdır: “Belə qadağaların qoyulmasını şərtləndirən zərurətlər açıqlanmalıdır. Həqiqətən buna zərurət varsa, müəyyən dövr üçün istisnavi qənaətə gəlmək olar”.

    Hacı İlqar bu qərarın dünya standartlarına cavab vermədiyini də söylədi: “Ötən həftə baş verən, xüsusilə də polisin müdaxiləsi ilə məhdudiyyətlərin yaradılması vətəndaş cəmiyyətinin inkişafına xidmət edən proses deyil. Məmurlar məsələlərin həqiqi həllini tapmaq əvəzinə, məsələləri qadağalarla yoluna qoymağa çalışırlar. Bu da heç vaxt uğur gətirmir. Ölkədə radikallaşma və ekstremizmə meylin yaranmaması üçün inancla bağlı dəqiq və düşüncəli yanaşma tərzi olmalıdır. Yanlış qərarlar mənfi nəticələrə gətirib çıxara bilər. Məncə, Ramazan ayında bu cür məsələlərə xüsusi həssaslıqla yanaşılmalı və məsələyə yenidən baxılmalıdır”.

    Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məscidin həyətində namaz qılınmasına qadağa qoyan normanın olmadığını söylədi və bunun tamamilə qanunsuz addım olduğunu dedi. P.Hüseyn məscidin həyətində namaz qılınmasına qadağa qoyulmasının provokasiya xarakterli tədbir olduğunu qeyd etdi: “Məscidlərə daha çox cümə və bayram namazlarında toplaşırlar. Buna qadağa qoyulması insanları qıcıqlandırmaq və onların dini hissləri ilə oynamaq xarakteri daşıyır”.

    P.Hüseyn bu tədbirin siyasi xarakter daşıdığını və hansısa idarə tərəfindən gəlmiş göstəriş əsasında həyata keçirildiyini bildirdi və bunun olduqca təhlükəli məsələ olduğunu qeyd etdi: “Ümumiyyətlə isə Azərbaycanda prezident seçkisi ərəfəsi və ondan sonra bu cür addımın atılacağı ilə bağlı şayiələr gəzirdi. Məqsəd ölkədə demokratiya və iqtidar arasındakı mübarizəni iqtidar və dini ekstremistlər arasında mübarizə kimi qələmə verərək onun modelini işləməkdir. Azərbaycanda iqtidara qarşı narazılığın yalnız dini əsasda olduğunu gündəmə gətirmək istəyirlər. Bu, heç bir perspektivi olmayan və olduqca təhlükəli bir yoldur.

    Bu prosesi iqtidardakı şəxslər vasitəsilə həyata keçirmək istəyənlər bilməlidilər ki, son nəticədə bu Azərbaycanın xaricdə olan düşmənlərinə xidmət edən addımdır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu bir ölkədə xüsusən bu dinin əsas ehkamlarından biri olan məsciddə cümə namazı qılan adamlara belə sayğısız münasibətin özü onların dini hüquqlarını və qanunun pozulması deməkdir”.

    Müsahibimiz Daxili İşlər Nazirliyinin qərarında əslində heç bir əsaslı arqument olmadığını söylədi: “Oruc Zalovun çıxışı çox əcaib idi. Polis generalı Şəhidlər Xiyabanının istirahət yeri olduğunu və məscidin həyətində namaz qılmağın orda istirahət edənlərə maneçilik törətdiyini  bildirdi. Adətən mitinqlərə icazə verilmədikdə belə arqument gətirilir. Belə primitiv səbəbin gətirilməsi əslində onu göstərir ki, məsələnin mahiyyəti başqa cürdür. Azərbaycan iqtidarı açıq-aydın odla oynayır. Ölkəni qarışdırmaq istəyən qüvvələrin olduğu bir zamanda mən bu cür tədbirlərin görülməsini Azərbaycan siyasətinə və dövlətçiliyinə qarşı təxribat hesab edirəm. Nə qədər ki, gec deyil, belə təhlükəli oyunlardan əl çəkmək lazımdır. Azərbaycan dindarının heysiyyəti ilə oynamağa son qoyulmalıdır”.
    /yeni musavat/ 


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1242 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər